Çində son 5 ildə 780 milyard dollardan artıq vergi güzəşti edilib

2023.03.07 13:25 (UTC+04:00)

Çin Xalq Respublikasının yüksək qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Konqresində hökumətin hesabatı dinlənilib. Hesabata görə, son beş il ərzində Çində vergilərin ümumi məbləği 5,4 trilyon yuan (780 milyard dollardan çox) azaldılıb.

Hökumətin qənaətinə görə, vergi və rüsumların azaldılması ədalətli və sərfəli olub və biznes müəssisələrinə kömək baxımından ölkə iqtisadiyyatına müsbət təsir göstərib. Sənədə əsasən, beş il ərzində azaldılmış vergilərin məbləği 5,4 trilyon yuan (780 milyard dollardan çox), azaldılmış yığımların məbləği isə 2,8 trilyon yuan (404 milyard dollardan çox) təşkil edib.