İqtisadiyyat Nazirliyində UNECE-nin icraçı katibi ilə görüş keçirilib

2023.03.04 10:50 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşüb.

“vergiler.az” İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanın 2023-cü il ərzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, üzv ölkələr arasında əməkdaşlığın təşviqinin, ticarət və nəqliyyat əlaqələrinin daha da asanlaşdırılmasının önəmi vurğulanıb.

Tərəflər həmçinin SPECA üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin görüşünün keçirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə aparıblar.

Qeyd:​ BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.