Kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi iqtisadi aktivliyi təmin edir

2023.03.03 16:48 (UTC+04:00)

Sahibkarlara dəstək çərçivəsində tətbiq edilən kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi iqtisadi aktivliyin təmin olunmasına və biznes subyektləri tərəfindən daha çox layihənin reallaşdırılmasına imkan yaradır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında yazıb.

"Bu ilin 1 yanvar tarixinədək Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər üzrə 71,9 milyon manat subsidiya verilməsi təsdiqlənib və bunun 68,5 milyon manatı sahibkarlara ödənilib", - nazir əlavə edib.