İZİA-nın Peşə Təhsil Mərkəzi Macarıstan şirkəti ilə əməkdaşlıq edəcək

2023.03.03 16:10 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi Macarıstanın “Vibrocomp International” MMC şirkəti ilə əməkdaşlıq edəcək. Agentlikdən “vergiler.az”a verilən məlumata görə, bu məqsədlə tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, ətraf mühitin mühafizəsi ilə bağlı birgə təlimlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi, ikitərəfli səfərlərin təşkili və s. məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.