Qazaxıstan parlamenti Aİİ ilə vergi müqaviləsinə düzəlişlər haqqında protokolu ratifikasiya edib

2023.03.03 14:30 (UTC+04:00)

Qazaxıstan parlamentinin yuxarı palatası Senat, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə imzalanmış vergitutmaya dair 29 may 2014-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi haqqında protokolu təsdiqləyib. Bu protokol Avrasiya Hökumətlərarası İqtisadi Şurası adından 2016-cı ilin noyabrında hazırlanmış, 2021-ci ilin fevralında isə Aİİ dövlət başçıları tərəfindən imzalanmışdı.

Senatın Maliyyə və Büdcə Komitəsinin rəyinə əsasən, protokol Rusiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən rezident vergi ödəyicilərilərinin azad iqtisadi zonalara Aİİ ölkələrindən idxal edilən mallara əlavə dəyər vergisinin ödənilməsinin 180 təqvim günü müddətinə təxirə salınmasını nəzərdə tutur.

Protokolun ratifikasiya edilməsi ilə Rusiya Federasiyasının azad iqisadi zonalarına Aİİ-yə üzv, eləcə də üzv olmayan dövlətlərdən gələn mallara görə əlavə dəyər vergisinin tutulması üçün bərabər şərtlərin təmin ediləcəyi gözlənilir.