Fevralda Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 57 faiz artıb

2023.03.02 12:34 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xəttilə 2023-ü ilin yanvar-fevral aylarında büdcəyə 22,4 milyon manat vergi daxil olub: “Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 23,9 faiz artıb. Proqnoz 116,7 faiz səviyyəsində icra olunub”.

Məlumata əsasən, 2023-cü ilin fevral ayında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz və ya 4,5 milyon manat artıb.