İqtisadiyyat Nazirliyi tərəfindən aparılmış təhlillər göstərir ki, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmış kadrlara əmək bazarında yüksək tələbat müşahidə olunur.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"2022-ci ilin son rübünə olan məlumatlara əsasən bu ixtisas qrupları üzrə 2014-2020-ci illərdə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 faiz təşkil edir", - deyə nazir bildirib.