İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərclənib

2023.03.02 11:10 (UTC+04:00)

Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib.

Bunu martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləyib.

Bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılmasının planlaşdırıldığını vurğulayan dövlət başçısı deyib: “Biz müasir şəhərsalma - “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf, yenidənqurma modelidir”. (AZƏRTAC)