Qazaxıstan ölkəmizə kalsiləşdirilmiş soda ixrac etmək niyyətindədir

2023.03.01 15:01 (UTC+04:00)

2025-ci ildə Qazaxıstanın Jambıl vilayətində kalsiləşdirilmiş soda istehsalı zavodunun tikintisinin başa çatdırılması planlaşdırılır.

vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan, Türkiyə və Rusiya investorlarının iştirakı ilə həyata keçirilən layihənin dəyəri 132 milyard təngə (503 milyon manatdan çox – red.) həcmində qiymətləndirilir.

İllik 400 min ton istehsal gücü olan müəssisənin hazır məhsulunun Azərbaycan, Türkmənistan, Tacikistan və Rusiya bazarlarına ixracı nəzərdə tutulur.

Qeyd olunur ki, zavodun tikintisinə 2021-ci ilin sentyabrında başlanılıb. Müəssisədə 200 nəfər işlə təmin olunacaq.