“Investinazerbaijan.gov.az" portalının 2023-cü ilin I rübündə istifadəyə verilməsi nəzərdə tutulur

2023.02.28 17:36 (UTC+04:00)

vergiler.az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, birbaşa xarici investisiyaların cəlbi, ölkədə saxlanılması və genişləndirilməsi, o cümlədən iqtisadiyyatın prioritet sektorları üzrə dəyər təkliflərinin hazırlanması ilə bərabər, fərdi bankçılıq yanaşmasını tətbiq edərək (private banking approach) sonradan qayğı (aftercare) funksiyasının yerinə yetirilməsi istiqamətində İsrail, Türkiyə, Çin, Rusiya və digər ölkələrin şirkətləri üzrə işlər həyata keçirilir.