Əhalinin gəlirləri 5,5 faiz artıb

2019.05.22 12:59 (UTC+04:00)

2019-cu ilin yanvar-aprel aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 17 milyard 072,0 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlər 1.729 manat olub. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən ilin ilk rübündə əhalinin nominal gəlirləri 16 milyard 188,6 milyon manat olub.

Bu ilin ilk rübündə bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15 milyard 660,9 milyon manat vəsait qalıb. Ötən ilin birinci rübündə bu rəqəm 14 milyard 858,9 milyon manat olmuşdu.