Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov səsləndirib.
"İslam İnkişaf Bankının (Islamic Development Bank Group - isdb.org) prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə ölkəmizlə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası, birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması imkanlarını müzakirə etdik", nazir əlavə edib.