2023-cü ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 milyon manat artıb.
Mərkəzi Bankdan “vergiler.az”a verilən məlumata əsasən, əmanət portfelinin 53%-i (6,196.3 milyon manat) müddətli əmanətlərdən ibarət olub. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil edib.
Yanvarda manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 25.1% artaraq 28,914.8 milyon manat təşkil edib.