İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.
Bu haqda məlumatı iqtisadiyyat naziri sosial şəbəkə paylaşımında edib.
"Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən ölkələrimizin iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün həyata keçirilən işləri və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanlarını nəzərdən keçirdik", - deyə nazir Mikayıl Cabbarov bildirib.