Ötən il SİF tərəfindən ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi aqrar və sənaye sektorlarına yönəlib

2023.02.23 16:39 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci ildə ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi aqrar və sənaye sektorlarına yönəlib. Kreditlərin 68,6%-i aqrar sektorun, 31,4%-i müxtəlif sənaye məhsullarının istehsalı, emalı və digər sahələrin inkişafını dəstəkləyən layihələrin payına düşür.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarovun paylaşımında məlumat verilir.