Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, sənəd nazir Rəşad Nəbiyev və Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti tərəfindən imzalanıb.
Saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.