Büdcə gəlirlərinin formalaşmasında dövlət əmlakının idarəedilməsi sahəsindən daxilolmaların rolu artır. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, 2022-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,8 milyon manat daxil olub.
"Bu, öncəki illə müqayisədə 53,3% çoxdur", - deyə Mikayıl Cabbarov əlavə edib.