Sahib Ələkbərov: "Bərpa olunan "yaşıl enerji" ilə bağlı böyük layihələrə start verilib"

2023.02.23 12:23 (UTC+04:00)

Hazırda xarici sərmayələr hesabına Xızı və Abşeron rayonlarında gücü 240 meqavatt olan külək elektrik stansiyası və 230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyasının inşası davam etdirilir

"vergiler.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşmasında rolu" mövzusunda keçirilən elmi konfransda deyib.

Qeyd edilib ki, Cəbrayılda 240 meqavat gücündə daha bir günəş elektrik stansiyasının tikilməsi ilə bağlı bp şirkəti ilə danışıqlar başa çatmaq üzrədir: "Bərpa olunan yaşıl enerji ilə bağlı böyük layihələrə start verilib. Prezident İlham Əliyevin bu ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliyinə səfəri çərçivəsində Azərbaycanda dənizdə külək və hidrogen layihələrinin işlənməsinə dair birgə saziş, həmçinin quruda külək layihələrinin işlənməsinə dair sazişlər imzalanıb".