İnvestisiya, ticarət, energetika sahələrində əməkdaşlığa dair müzakirə aparılıb

2023.02.22 13:38 (UTC+04:00)

Pakistanın İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn, sənayelər və istehsal naziri Seyid Murtaza Mahmud və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşdə ölkələrimiz arasında dostluq və qarşılıqlı dəstəyə əsaslanan münasibətlərin iqtisadi əlaqələrimizin inkişafı üçün yaratdığı imkanlar, investisiya, ticarət və energetika sahələrində əməkdaşlığa dair fikir mübadiləsi apardıq.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.