2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiq edilib

2023.02.22 13:29 (UTC+04:00)

Maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası məqsədilə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiq edilib.

Azərbaycan Mərkəzi Bankından “vergiler.az”a verilən məlumata görə, Yol Xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ESİ (ekoloji, sosial və idarəetmə) amillərindən yaranan risklərə qarşı dayanıqlığının təmin edilməsi, habelə dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətlərin reallaşdırılmasıdır.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanan Yol Xəritəsi, iqlim dəyişmələri, ESİ meyarlarının maliyyə sektorunun tənzimlənməsi və nəzarəti çərçivəsinə, o cümlədən maliyyə institutlarının (bank, sığorta və kapital bazarı iştirakçıları) strateji qərarvermə və risklərin idarəedilməsi proseslərinə inteqrasiyası, bu sahədə müvafiq bazar standartlarının formalaşdırılması və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılması üzrə tədbirləri əhatə edir.

Ümumilikdə, Yol xəritəsinin reallaşdırılması ölkədə sağlam, dayanıqlı və effektiv maliyyə sektorunun formalaşdırılmasına xidmət edəcək.

Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi sənədi ilə Mərkəzi Bankın rəsmi səhifəsindən tanış olmaq olar: https://bit.ly/3lVZl6y