Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar azalaraq 82,86 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 76,14 dollar təşkil edib.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,85 dollar azalaraq 84,34 dollar olub.
Xatırladaq ki, ötən il Azərbaycan neftinin bir barelinin maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.