Hindistan hakimiyyəti Boyük Britaniyanın BBC yayım korporasiyasının Dehli və Mumbay şəhərlərindəki ofislərinin vergiləri ödəməməsi ilə bağlı işi araşdırır. Rusiyanın TASS agentliyi bu barədə Hindistan Maliyyə Nazirliyinin Vergilər Departamentinə istinadən xəbər yayıb.
“İstintaq zamanı aşkar edilib ki, transfer qiymətlərinin müəyyən edilməsi qaydalarına qəsdən əməl olunmayıb, qanunsuz faydalar, o cümlədən vergi güzəştləri əldə etmək üçün böyük məbləğdə mənfəət uçotdan yayındırılıb və qiymətlərlə manipulyasiya edilib”, - ölkənin Vergilər Departamentinin açıqlamasında bildirilib.