Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb.
Qərarın məqsədi koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.
Qeyd edək ki, daha əvvəlki qərar 2023-cü il 1 mart saat 06:00-dək olan müddəti əhatə edirdi.