"Dağıstan Respublikası hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. İkitərəfli əməkdaşlıq çərçivəsində iqtisadi potensialın reallaşdırılmasının, ticarət, KOB, sənaye və investisiya sahələrində əlaqələrin gücləndirilməsinin önəmini vurğuladıq".
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.