Azərbaycan hökuməti 2030-cu ilə qədər ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı hədəfləyir. Bu sahədə görülən işlər çərçivəsində ACWA Power və Masdar şirkətləri ilə layihələr artıq həyata keçirilir.
Bu haqda məlumatları iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.