Azərbaycan Mərkəzi Bankı iki il ərzində ölkədə yeni "Cash Center" nağd pul mərkəzinin yaradılmasını planlaşdırır.
"vergiler.az" xəbər verir ki, bunu Mərkəzi Bankın Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı açıqlayıb. O, "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda çıxışında bildirib ki, Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir: "Yeni yaradılacaq "Cash Center" tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq".