Ötən il işğaldan azad edilmiş 389.109 ha ərazidə çöl ölçmə işləri aparılıb

2023.02.20 11:12 (UTC+04:00)

2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 568.462 ha ərazidə çöl ölçmə işləri aparılıb və bundan 389.109 ha sahə işğaldan azad edilmiş ərazilərimizi əhatə edib. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Zəngilan və Qubadlı rayonları üzrə bu istiqamətdə işlər yekunlaşdırılıb və müvafiq kadastr sistemlərinə miqrasiya edilib", - nazir əlavə edib.