Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasında və Macarıstan - Azərbaycan biznes forumunda iştirak edib.
KOBİA-dan “vergiler.az”a verilən məlumata görə, tədbirlərdəki çıxışlarında O.Məmmədov Macarıstanın müvafiq qurumları və KOBİA arasında əməkdaşlığın vəziyyətinə, hər iki ölkənin biznes dairələri arasında əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, KOBİA Azərbaycan və Macarıstan KOB-ları arasında lazımi kommunikasiyanı əlaqələndirməyə hazırdır. KOBİA sədri tədbirlərdə ölkəmizdə KOB-lara göstərilən dəstək tədbirləri, o cümlədən Agentliyin dəstək və xidmətləri barədə məlumat verib, KOBİA-nın öz təcrübəsini Macarıstanla bölüşməyə hazır olduğunu bildirib.