Ermənistanda korrupsiyanın səviyyəsinin artması rəqabəti boğur

2023.02.17 13:25 (UTC+04:00)

Ermənistanda artan korrupsiya səviyyəsi iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün yüksək maliyyə göstəricilərindən tam istifadə etməyə imkan vermir. Bunu iqtisadçı Tatul Manaseryan fevralın 15-də jurnalistlərə verdiyi açıqlamada deyib. Onun fikrincə, ölkədə yüksəlişdə olan korrupsiya səviyyəsi rəqabət mühitini boğur. Ekspert diqqəti vəzifələrə kadrların yerləşdirilməsi məsələlərinə də yönəldib: “Ölkəmizdə yüksək vəzifəli məmurların qohumları və yaxın dostları hər yerdə heç anlamadıqları sahələrə rəhbər təyin olunurlar”, - o, bildirib.

“Kənd təsərrüfatının timsalında iqtisadiyyatımızın vəziyyətinin necə olduğunu aydın şəkildə görə bilərik. Sektordakı cüzi - 0,4 faizlik artım narahatlıq doğurmalıdır, çünki ölkə əhalisinin yarıdan çoxu bu sektorda çalışır. Belə aşağı göstəriciyə necə yol vermək olar?” - iqtisadçı çaşqınlığını ifadə edib.