"Ötən il keçirilmiş investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 14,6 milyon manat investisiya qoyulub və birdəfəlik ödəniş qaydasında 8,56 milyon manat dövlət büdcəsinə köçürülüb. Müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 400-ə yaxın iş yeri yaradılıb".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.