Aktiv vergi ödəyicilərinin sayı artıb

2023.02.15 11:01 (UTC+04:00)

2023-cü il fevralın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq 713,8 minə çatıb. Həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 1,3 faiz artıb və 40,5 min olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 188,5 min təşkil edib.