Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edir

2023.02.15 09:31 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC Rusiyanın Moskva şəhərində keçirilən Beynəlxalq "Aquatherm Moscow 2023" sərgisində öz stendi ilə təmsil olunur.

Sərgidə şirkətin istehsal etdiyi polad borular, polietilen məmulatlar, çuqun tökmə məmulatları və s. məhsullar “Made İn Azerbaijan” brendi ilə nümayiş etdirilir.

18 ölkənin iştirak etdiyi sərgi 14-17 fevral tarixlərini əhatə edəcək.

Qeyd edək ki, "Aquatherm Moscow 2023" sərgisi Rusiyanın ən böyük kompleks mühəndislik sistemləri sərgisidir.