Adolfo Urso: “İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır”

2023.02.14 16:38 (UTC+04:00)

“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq”.

Bu sözləri İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso deyib. Nazir iki ölkə arasında yaradılmış siyasi anlaşma və dostluğu, eləcə də geniş əhatəsi olan iqtisadi əməkdaşlığın davamlı gücləndirilməsini yüksək dəyərləndirdiklərini vurğulayıb: “Həmçinin biz energetika sahəsində çalışırıq. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərini bundan sonra da gücləndirəcəyik. Biz, həmçinin iqtisadiyyat sahəsində çalışırıq. İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır və Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir”.