İtaliya şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

2023.02.13 20:05 (UTC+04:00)

"İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladıq. İtaliya şirkətlərinin ölkəmizdəki fəaliyyəti, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlıq perspektivləri barədə müzakirə apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.