Torpaqların keyfiyyətinin yaxşılaşdırılması üçün innovasiyalar tətbiq ediləcək

2023.02.13 17:49 (UTC+04:00)

“Ölkəmizdə 2026-cı ilə qədər olan strategiyaya uyğun olaraq, kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Kənd təsərrüfatı fəaliyyəti məqsədi ilə yararsız torpaqların keyfiyyətinin yaxşılaşdırılması üçün innovasiyalar və texnologiyalar tətbiq ediləcək və əminik ki, bu, müsbət nəticələrin əldə olunmasına öz töhfəsini verəcək”.

Bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov “Kənd təsərrüfatı və təhsil” Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

“Biz İsrail tərəfi ilə münasibətləri inkişaf etdirməkdə maraqlıyıq”, - deyən nazirin sözlərinə görə, iki ölkə arasında xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial var: “Ötən il İsraildə də dövlət və özəl strukturların iştirak etdiyi analoji forum keçirilib. Ötən il İsrailin kənd təsərrüfatı naziri Bakıda olub və Xəzər Aqro Forumunda iştirak edib. Hesab edirəm ki, bu görüşlər və forumlar əməkdaşlığımıza əlavə təkan verir”.