Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən müəssisələrin ölkənin normativ tələblərinə uyğunluğuna verilən təminat əsasında Rusiyanın heyvandarlıq məhsullarının (yem və yem əlavələri daxil olmaqla) istehsalı və saxlanması ilə məşğul olan daha 23 şirkətinə ixrac hüququ verib.
"vergiler.az" "Rosselxoznadzor"un məlumatına istinadən xəbər verir ki, hazırda Rusiyanın 1180-dən çox müəssisəsi Azərbaycana məhsul ixrac etmək hüququna malikdir.
“Rosselxoznadzor” Azərbaycana ixrac hüququ olan Rusiya tədarükçülərinin siyahısını genişləndirməkdə davam edir.