Dövlət Vergi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

2023.02.11 13:54 (UTC+04:00)

Fevralın 11-də - "Vergi xidməti işçilərinin peşə bayramı günü"ndə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə qızılgül dəstələri düzüblər. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.

Daha sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edib, məzarları üzərinə al qərənfillər düzüblər. "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyulub.