"Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM Azərbaycan / C4IR Azerbaijan), Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development (EBRD)) və StrategEast müəssisəsi tərəfindən IT Hub Azerbaijan layihəsinə start verilib".
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib: "Layihə ölkəmizin regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, yeni iş yerləri və karyera imkanlarının yaradılmasına, həmçinin sürətli iqtisadi artıma töhfə verəcək".