Azad edilmiş ərazilərdə sürətli bərpanı təmin edəcək bütün zəruri addımlar atılır

2023.02.10 16:02 (UTC+04:00)

"İşğaldan azad edilmiş ərazilərdə istehsal təyinatı məqsədilə idxal olunacaq xammal və materialların, eləcə də texnika və texnoloji qurğuların siyahısı hazırda aidiyyatı dövlət qurumları ilə razılaşdırılır".

vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Zamin Bədirxanov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin əsas vəzifələrindən biri işğaldan azad edilmiş ərazilərdə əlverişli biznes mühitinin yaradılmasıdır. Vergi və gömrük güzəştərinin tətbiqi, dövlət sosial sığorta ödənişləri ilə bağlı subsidiyalaşdırma, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, kommunal xidmətlərin güzəştli şərtlərlə ödənilməsi, işğaldan azad olunmuz ərazilərə mütəxəssislərin cəlb edilməsi ilə bağlı əmək kvotasının yaradılması və iş icazəsinin verilməsi ilə bağlı artq bir sıra tədbirlər görülür: “İstehsal təyinatı məqsədilə idxal olunacaq xammal və materiallar, eləcə də texnika, texnoloji qurğuların 10 il müddətinə gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur. Bununla bağlı artıq müvafiq qanunvericiliyə dəyişiklik edilib. Lakin hazırda məhsulların, texnika və texnoloji qurğuların siyahısı aidiyyəti dövlət qurumları ilə razılaşdırılır”.