2016-2022-ci illər ərzində 570-dən artıq investisiya təşviqi sənədi verilib

2023.02.10 14:50 (UTC+04:00)

2016-2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verilib.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Sahibkarların həyata keçirəcəkləri layihələr nəticəsində 5,5 milyard manatdan çox investisiyanın yatırılacağı, 38 minədək yeni iş yerinin yaradılacağı nəzərdə tutulub. Layihələrin 14%-i Bakı şəhəri və ətraf qəsəbələrin, 86%-i isə regionların payına düşür", - nazir əlavə edib.