“Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans öz işinə başlayıb

2023.02.10 10:17 (UTC+04:00)

Fevralın 10-da İqtisadiyyat Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans öz işinə başlayıb.

"vergiler.az" xəbər verir ki, tədbirə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, millət vəkilləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, sahibkarların ictimai birliklərinin nümayəndələri, iqtisadçı ekspertlər və iş adamları qatılıblar.

Konfrans çərçivəsində “Heydər Əliyevin müasir vergi sisteminin formalaşdırılmasında rolu və iqtisadi siyasət sahəsində fəaliyyəti”, “Müasir vergi siyasəti: biznes-dövlət münasibətləri və beynəxalq trendlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpası: vergi siyasəti təşviq aləti kimi” mövzularda sessiyaların keçirilməsi gözlənilir. Qeyd edilən mövzularda geniş fikir mübadiləsi aparılacaq, sahibkarların sualları ətraflı cavablandırılacaq.