Mənzilin bağışlanması hansı halda sadələşdirilmiş vergiyə cəlb olunur?

2023.02.09 10:28 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.

Fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Həmçinin yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azaddır.

Sorğunuzda qeyd olunan halda, mənzilin mülkiyyətçisi 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün, qeyd olunan mənzilin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 218-1-ci maddələri.