Ötən il dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,4 milyon manat daxil olub

2023.02.08 17:38 (UTC+04:00)

"2022-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,4 milyon manat daxil olub və proqnoz 101,2% icra olunub. Sahibkarlığın inkişafı üçün stimul yaradan özəlləşdirmə prosesi, eyni zamanda, qeyri-səmərəli dövlət aktivlərinin azaldılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir".

Bu barədə iqtsadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.