Transxəzər marşrutu üzrə tranzit potensialının artırılması müzakirə olunub

2023.02.08 15:08 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan, Gürcüstan və Türkiyə dəmir yolları qurumları arasında tranzit potensialının artırılması imkanları nəzərdən keçirilib.

QSC-dən “vergiler.az”a verilən məlumata görə, görüş Qazaxıstanın Almatı şəhərində keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı çərçivəsində baş tutub.

Görüşdə 2022-ci il üzrə Fəaliyyət Planına dair hesabat dinlənilib, müvafiq marşrut üzrə 2023-cü ilin fəaliyyət planı, tarif siyasəti və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə yeni üzvlərin qəbulu müzakirə olunub.