“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilib

2023.02.08 14:44 (UTC+04:00)

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.

Qanuna əsasən, 2023-cü il fevralın1-dən minimum aylıq pensiya 240 manatdan 280 manata çatdırılıb.