2022-ci il ərzində xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 55,4% artaraq 52,69 milyard dollar, ixrac isə 71,8% artaraq 38,15 milyard dollar olub. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"İxracın artması daha çox istehsal, investisiya və məşğulluğun təminatı deməkdir", - nazir əlavə edib.