Ukraynadan 10 milyon dollarlıq meyvə və giləmeyvə məhsulları idxal edilib

2023.02.08 09:43 (UTC+04:00)

2022-ci ildə Azərbaycan Ukraynadan meyvə və giləmeyvə məhsullarının əsas idxalçılarından biri olub.

vergiler.az” Ukrayna Aqrar İxrac Assosiasiyasının məlumatına istinadən xəbər verir ki, hesabat dövründə məhsul tədarükünün həcmi dəyər ifadəsində 10 milyon ABŞ dolları təşkil edib.

Ötən il Ukrayna bağçılıq məhsullarının ən böyük alıcıları Polşa (108 milyon dollar), Almaniya (29 milyon dollar), Fransa (20 milyon dollar), İtaliya (19 milyon dollar), Hollandiya (16 milyon dollar), Avstriya (14 milyon dollar), Çexiya (11 milyon dollar) və Azərbaycan (10 milyon dollar) olub.

2022-ci ildə bu məhsul kateqoriyası üzrə ixracın 84 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb.