İqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvanda yerli sahibkarlarla görüşüb

2023.02.07 16:24 (UTC+04:00)

Naxçıvana səfərimiz çərçivəsində həmkarlarla birlikdə yerli sahibkarlarla görüşdük. İqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr apardıq.

Bu haqda Naxçıvanda səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmlərini tətbiq edəcəyik", - deyə nazir əlavə edib.