İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub

2023.02.03 13:15 (UTC+04:00)

"İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri cənab Cilberto Piketto Fratin ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi, energetika sahəsində əməkdaşlıq əsas müzakirə mövzuları oldu".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.