ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan polad və alüminium idxalına tətbiq olunan əlavə vergilərin ləğv edilməsi ilə bağlı açıqlama verib. Açıqlamada qeyd edilib ki, əlavə idxal vergiləri ABŞ ilə qonşu dövlətlər arasında münasibətlərdə narahatlıq yaradır və yeni Şimali Amerika sərbəst ticarət sazişinin imzalanmasına mane olurdu. Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ hökuməti Türkiyədən idxal olunan polad məhsullarına tətbiq etdiyi əlavə rüsumun dərəcəsini də 50 faizdən əvvəlki səviyyəyə - 25 faizə endirmək barədə qərar vermişdi.